ANS-çilər yeni onlayn TV açırlar
Bu yaxınlarda fəaliyyətinə xitam verilən ANS TV-nin rəhbəri Vahid Mustafayev internet televiziya açmaq qərarına gəlib.
Aznews.info Ölkə.az-a istinadən xəbər verir ki, yeni televiziya internet televiziya olacaq və “istipress.com” ünvanında yerləşəcək.
Bu il sentyabr ayının 20-də Ali Məhkəmədə ANS-in Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayəti təmin edilməyib. Məhkəmə iclasında şikayətin təmin edilmədiyini və Bakı Apellyasiya Məhkəməsinin qərarının qüvvədə saxlanıldığı elan edilib.
Qeyd edək ki, “ANS Müstəqil Yayım və Media” şirkətinin yayımı iyulun 18-dən dayandırılıb.
Mənbə:> Ölkə.az