Azərbaycanın rayonlarından birinə 20 min turist gəlib
Balakən rayonuna gələn turistlərin sayı ildən-ilə artır. Əgər 2011-ci ildə rayona cəmi 8974 turist gəlmişdisə, cari ilin ötən 9 ayı ərzində onların sayı 20 minə çatıb.
Aznews.info Fins.Az-a istinadən xəbər verir ki, bu barədə sentyabrın 27-də Balakəndə turizm işçilərinin peşə bayramına həsr olunan tədbirdə məlumat verilib.
Qeyd edək ki, rayon Tarix-Diyarşünaslıq Muzeyində yeni yaradılan Balakən rayonunun dərman bitkilərinə aid sərgi bura gələn turistlərin böyük marağına səbəb olub.
Sərgidə nümayiş etdirilən 102 adda dərman bitkisinin hər biri haqqında ətraflı məlumat toplanıb.
Mənbə:> Fins.az