Üç valideyni olan ilk uşaq dünyaya gəldi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Maraqlı, Dünya

Üç valideyni olan ilk uşaq dünyaya gəldi – FOTO

Üç valideyni olan ilk uşaq dünyaya gəldi


Meksikada DNT-si üç valideynin genetik materialından ibarət ilk uşaq dünyaya gəlib.

Oxu.Az xəbər verir ki, körpə iordaniyalı anasının ciddi xəstəliyi səbəbindən sınaq kimi dünyaya gəlib.

Uşağın dünyaya gələrkən ananın diaqnozunun nəticələrindən qaçınmaq üçün Con Sjan başda olmaqla alimlər daha bir qadının genetik materialından istifadə etməli olublar, bu barədə “New Scientist” məlumat yayıb.

Həkimlər beş embrion yaradıblar, onlarda ananın standart DNT-si və donorun DNT-si atanın sperması ilə birləşdirilib. Beş embriondan biri inkişaf etməyə başlayıb, onu ananın orqanizminə yerləşdiriblər.

Bu sınağın əsas səbəbi ana olan Liddə nadir genetik xəstəliyin olmasıdır. Hazırda qadın özünü yaxşı hiss edir, amma onun diaqnozu gələcək nəsilə də keçə bilər.

Unikal körpənin anasının bundan öncə iki uşağı olub, amma anadan onlara keçən xəstəliyə görə körpələr çox yaşamayıblar.

Üçüncü uşaq sağ qalıb. Abrahim Həsən beş ay bundan öncə tamamən sağlam dünyaya gəlib.

Üç valideyni olan ilk uşaq dünyaya gəldi
Üç valideyni olan ilk uşaq dünyaya gəldi

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *