Bakıda gəlin öz toyuna gəlmədi – VİDEO
“Ümid Yeri” Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyətində qəribə hadisə baş verib. Belə ki, sığınacaqda yaşayan qıza toy etmək istəsələr də, bu baş tutmayıb. Yəni, gəlin öz toyuna gəlməkdən imtina edib.
Aznews.info-un Cebhe.info-ya istinadla məlumata görə, bu hadisə toya gələnlərdə rişxənd və ironiya ilə qarşılanıb. Əvvəlcədən sosial şəbəkə vasitəsilə toyla bağlı təbliğat aparılıb, gənclərə yardm edilməsi üçün qüvvələr səfərbər edilib. Lakin sonda qızın bu addımı atmasının səbəbinə gəlincə, məlum olub ki, qız onun üçün seçilən gəlinlik paltarını və ayaqqabıları bəyənməyib.
Toya tanınmış sənət adamları, o cümlədən əməkdar artistlər də gəlib. Gəlinə zəng vurub deyiblər ki, ölkənin tanınmış əməkdar artistləri və məşhur müğənniləri toyda onu gözləyirlər.
Gəlin də cavabında “Mənə maraqlı deyil ki, orada kimlər gözləyir. Mənə maraqlı o idi ki, mənim gəlinliyim qəşəng deyil” deyib.
“Ümid Yeri” Uşaq Sığınacağı Xeyriyyə Cəmiyyətinin nümayəndəsi Natiq adlı şəxs isə məsələdən xəbərsiz olduğunu bildirib.
Mənbə:> Cebhe.info