“Sədərək” Ticarət Mərkəzində yanğın » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

“Sədərək” Ticarət Mərkəzində yanğın – FOTO + VİDEO

“Sədərək” Ticarət Mərkəzində yanğın


Bu gün Sədərək Ticarət Mərkəzində baş vermiş yanğın zamanı iki nəfər zərər çəkib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, yanğın nəticəsində ticarət mərkəzində mühafizəçi işləyən 41 yaşlı Azər Maqsudov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Eyni zamanda, ticarət mərkəzində satıcı işləyən Sərdar adlı şəxs tüstüdən zəhərlənib.

Onlar “Təcili tibbi yardım” maşını ilə xəstəxanaya aparılıblar.

Yanğın pərdə-tül mağazasında baş verib və nəticədə bütün mallar yanıb. Yanğın qismən digər mağazalara da keçib və ümumilikdə 39 kvadratmetr ərazi yanıb. Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 8 yanğınsöndürmə avtomobili cəlb edilib və yanğın saat 09:25-də söndürülüb.

İlkin məlumata görə, bir sahibkara təqribən 7000 manat ziyan dəyib.

Hadisənin qısaqapanma nəticəsində yarandığı ehtimal edilir.

09:22

“Sədərək” Ticarət Mərkəzində yanğın baş verib.

Oxu.Az xəbər verir ki, şahidlərin APA-ya verdiyi məlumata görə, yanğın mağazalardan birində qeydə alınıb.

Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən bildirilib ki, yanğın lokallaşdırılıb.

Yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir.
“Sədərək” Ticarət Mərkəzində yanğın
“Sədərək” Ticarət Mərkəzində yanğın
“Sədərək” Ticarət Mərkəzində yanğın


Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *