Jurnalist Elza Seyidcahana nəzirə yazdı: “Qoy evlənsin atanız...” » AzNews.info -Xəbər portalı

Jurnalist Elza Seyidcahana nəzirə yazdı: “Qoy evlənsin atanız...”

Jurnalist Elza Seyidcahana nəzirə yazdı: “Qoy evlənsin atanız...”


Gənc jurnalist Elzanın “Bir əlim qabağımda, bir əlim dalında” şeirinə nəzirə yazıb.

Belə ki, Cebhe.info əməkdaşı Rövşən Əsədov əməkdar artist, bəstəkar, müğənni Elza Seyidcahanın şeirindən təsirlənərək ona nəzirə yazıb.

Həmin şeiri sizə təqdim edirik:

Əziz insan Elza xanım,
Dedim sizə şeir yazım
Heç kim yoxdu yanında
Nə dalında, nə qabağında
Qapılar açılıb taybataydı
Təpiyi kim vurdu, bu nə haydı?
Nə sevgi var, nə eşq,
Nə məhəbbət, nə gülüş
Yaltaqlara bir sözüm var,
Ocaq başı, dəyirman daşı
Gəzdirməsin o boş başı

El-obanın mərd oğluyam
Yaxşı qız axtarıram
Düz sözümün ağasıyam
Sözümdə də qalasıyam
Tapmasam, subay öləcəm
Yaxşısını axtarıram
Soruşma heç niyəsini
O nəsini, bu nəsini
Sini-sini sinəsini
Lənət olsun bu sevgiyə

Yalanlara gülməyin siz
Nəinki siz, həm də ki, biz
Elza xanım, çox gəzməyin siz
Az gəziniz, dik gəziniz
Bəhanələr gətirməyin
Oynayın siz “Heyvagülü”
Qoy evlənsin atanız,
Ərə getsin ananız
Tək ümidlər Allahadır düşünün siz

Boş verin siz evlənəni, gedəni
Babasını itirib, nənəsini görənləri...
Dayanmayın keçir zaman
Peşmançılıq verməz imkan
Misraları saxlayaq biz, tolazlayaq nizələri
Yığışdıraq aramızda
Tikanları, məsafəni
Nənəzin sandığını
Gəl birlikdə sürüyək biz
Gələcəyə doğru hər dəqiqəni
Sevə-sevə dəyərləndirək
Dəyərsizlərə verməyək biz
Həyatdı da, boş verin siz
Əzdirməyin, süzdürməyin.


Gəzdirsək də ağacları
Nar ağacı, tut ağacı
Tut yemədik doyunca
Bu vətəni tərk etməyək
Ocaq bilib səcdə edək
Paylaşaraq, çatlaşaraq
Dostlaşaraq
Yığışaraq, toplaşaraq
Papağı verək papaqçıya...

Mənbə: Cebhe.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *