“Azərbaycan bəstəkarları və musiqişünasların elektron kataloqu”nun təqdimatı keçirildi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

“Azərbaycan bəstəkarları və musiqişünasların elektron kataloqu”nun təqdimatı keçirildi

“Azərbaycan bəstəkarları və musiqişünasların elektron kataloqu”nun təqdimatı keçirildi


AzNews.info xəbər verir ki, Sentyabrın 20-də Muzey Mərkəzdə Üzeyir Hacıbəyli VIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Azərbaycan bəstəkarları və musiqişünasların elektron kataloqu”nun təqdimatı keçirildi.

Kataloq Azərbaycan Bəstəkarlar İttifaqının “Azərbaycan bəstəkarları və musiqişünasları” layihəsi əsasında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunmuş broşürlər üzrə hazırlanıb.

Tədbirdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi, Əməkdar incəsənət xadimi Zemfira Qafarova çıxış edərək broşürun əhəmiyyətindən söz açdı. Bildirildi ki, ideya bir neçə il əvvəl yaranıb. Layihə əsasında indiyə kimi 34 broşür hazırlanaraq çap edilib. Təqdim olunan broşürlərdə təkcə klassiklər deyil, bu gün yazıb-yaradan bəstəkarlar və musiqişünaslar haqqında məlumatlar yer alıb. Layihənin gələcəkdə də davam etdiriləcəyini diqqətə çatdıraraq hazırda 18 broşürün də çapa hazırlandığını vurğuladı. Bildirildi ki, broşürlərdə Əşrəf Abbasov, Şəfiqə Axundova, Elza İbrahimova, Emin Sabitoğlu, İsmayıl Hacıbəyov, Dadaş Dadaşov, Faiq Sücəddinov, Zemfira Səfərova, Rəna Məmmədova və digərləri haqqında məlumatlar yer alıb. “Şərq-Qərb” nəşriyyatında çap olunmuş bu broşürlərdə bəstəkar və musiqişünaslarımız haqqında oxuculara geniş məlumatlar verilir. Bu gün onlar tədris üçün də böyük əhəmiyyətə malikdir.

Layihə üzrə hazırlanmış elektron kataloqun müəllifi, “Musiqi dünyası” jurnalının baş redaktoru, Əməkdar İncəsənət Xadimi, professor Tariyel Məmmədov bildirdi ki, kataloqda broşürlərdə yer alan məlumatlarla yanaşı bəstəkar və musiqişünasların əsərləri də yer alıb. Qeyd olundu ki, elektron kataloqa gələcəkdə hazırlanacaq broşürlər üzrə məlumatlar da daxil ediləcək. Daha sonra kataloq tədbir iştirakçılarına təqdim edildi.


“Azərbaycan bəstəkarları və musiqişünasların elektron kataloqu”nun təqdimatı keçirildi
“Azərbaycan bəstəkarları və musiqişünasların elektron kataloqu”nun təqdimatı keçirildi
“Azərbaycan bəstəkarları və musiqişünasların elektron kataloqu”nun təqdimatı keçirildi
“Azərbaycan bəstəkarları və musiqişünasların elektron kataloqu”nun təqdimatı keçirildi
“Azərbaycan bəstəkarları və musiqişünasların elektron kataloqu”nun təqdimatı keçirildi
“Azərbaycan bəstəkarları və musiqişünasların elektron kataloqu”nun təqdimatı keçirildi
“Azərbaycan bəstəkarları və musiqişünasların elektron kataloqu”nun təqdimatı keçirildi
“Azərbaycan bəstəkarları və musiqişünasların elektron kataloqu”nun təqdimatı keçirildi

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *