Bakının mərkəzində kişi özünü yandırdı
Dünən AMEA-nın keçmiş əməkdaşı intihara cəhd edib.
Oxu.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, 1956-cı ildə Ağsu rayonunda anadan olmuş Bədəlli Məğrub Ağamalı oğlu Filarmoniya bağının yaxınlığında şalvarının balaq hissəsinə spirt tökərək özünü yandırmağa cəhd göstərib.
Yaxınlıqdakı polis əməkdaşları tərəfindən özünəqəsd cəhdinin qarşısı alınıb.
M.Bədəlov intihara cəhdinə səbəb kimi 15-ci polis bölməsində ona qarşı haqsızlıq olunduğunu qeyd edib.
Məlum olub ki, Lahic bağları ərazisində müharibə veteranı kimi ona ayrılmış torpaq sahəsində ev tikən zaman rayon icra hakimiyyətinin əməkdaşları tərəfindən tikinti dayandırılıb. Bu zaman tərəflər arasında qarşıdurma olub və hadisəyə polis müdaxilə edib.
Buna etiraz olaraq isə M.Bədəlov intihara cəhd edib.
Mənbə:> Oxu.az