Gənc Tamaşaçılar Teatrı 89-сu mövsümünü “Tülkü tülkü tünbəki” tamaşası ilə açıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Mədəniyyət

Gənc Tamaşaçılar Teatrı 89-сu mövsümünü “Tülkü tülkü tünbəki” tamaşası ilə açıb

Gənc Tamaşaçılar Teatrı 89-сu mövsümünü “Tülkü tülkü tünbəki” tamaşası ilə açıb


AzNews.info xəbər verir ki, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı yeni - 89-cu teatr mövsümünü “Tülkü tülkü tünbəki” tamaşası ilə açıb. Tamaşadan öncə teatrın direktoru, Əməkdar Artist Mübariz Həmidov, teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov çıxış edərək yeni mövsümün yenilikləri haqqında danışıblar. Quruluşçu rejissor Gülnar Hacıyeva, Əməkdar Artistlər Almaz Mustafayeva, Gülər Nəbiyeva, Şövqi Hüseynov, Qurban İsmayılov, Vahid Əliyev, Ötkəm İskəndərov, aktyorlar Məsumə Babayeva, Zemfira Əbdülsəmədova, Mehriban Abdullayeva, Sevinc Mehrəliyeva, Elşən Çarhanlı, Elnur Kərimov və Elnur Hüseynov çıxış edərək bütün tamaşaçıları və teatrın yaradıcı heyətini yeni mövsüm münasibətilə təbrik ediblər.


Daha sonra “Multikulturalizm ili” çərçivəsində Azərbaycanın dağ yəhudi əsilli şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, ən maraqlı uşaq şeirlərinin müəllifi Simax Şeydanın “Tülkü tülkü tünbəki” pyesi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdirilib. Eyniadlı səhnə əsərinə teatrın gənc və istedadlı rejissoru Gülnar Hacıyeva quruluş verib. Bədii rəhbəri Xalq artisti Vaqif Əsədov olan tamaşanın quruluşçu rəssamı Elnur Axundov, bəstəkarı Rüfət Ramazanov, rəqslərin quruluşçusu Vüsal Mehrəliyevdir.

Səhnə əsərində İradə Rəşidova, Aygün Fətullayeva, Eldar İmanov, Eşqin Quliyev, Elnur Əliyev, Anar Səfiyev, Elşən Şıxəliyev iştirak ediblər.

Saat 19.00-da nümayiş olunmuş iki hissəli psixoloji dram olan “Məhv olmuş gündəliklər” tamaşasının quruluşçu rejissoru və səhnə tərtibatçısı Xalq Artisti Vaqif Əsədov, musiqi tərtibatçısı Mixail Simonovski, rəqslərin quruluşçusu Əməkdar Artist Nicat Kazımovdur.

Tamaşada Əməkdar Artistlər Nəsibə Eldarova, Şövqi Hüseynov, Rasim Cəfərov, aktyorlar Günel Məmmədova, Şəbnəm Hüseynova, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Anar Seyfullayev, İlham Əsədov, Kərəm Hadızadə, Ramiq Nəsirov, Eyvaz İbrahimov, Ceyhun Məmmədov iştirak ediblər.
Gənc Tamaşaçılar Teatrı 89-сu mövsümünü “Tülkü tülkü tünbəki” tamaşası ilə açıb
Gənc Tamaşaçılar Teatrı 89-сu mövsümünü “Tülkü tülkü tünbəki” tamaşası ilə açıb
Gənc Tamaşaçılar Teatrı 89-сu mövsümünü “Tülkü tülkü tünbəki” tamaşası ilə açıb
Gənc Tamaşaçılar Teatrı 89-сu mövsümünü “Tülkü tülkü tünbəki” tamaşası ilə açıb
Gənc Tamaşaçılar Teatrı 89-сu mövsümünü “Tülkü tülkü tünbəki” tamaşası ilə açıb
Gənc Tamaşaçılar Teatrı 89-сu mövsümünü “Tülkü tülkü tünbəki” tamaşası ilə açıb

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *