Məşhur dramaturq Edvard Olbi vəfat edib
ABŞ-ın dünya şöhrətli dramaturqu, üçqat Pulitser mükafatı laureatı Edvard Olbi 88 yaşında vəfat edib.
AzNews.info-nun APA-ya istinadən verdiyi xəbərinə görə, bu barədə CNN telekanalı xəbər verib.
Edvard Olbi ХХ-ci əsrin ikinci yarısında ən məşhur ABŞ dramaturqu kimi tanınıb. Onun ən məşhur “Virciniya Vulfdan kim qorxur?" (Who's Afraid of Virginia Woolf?) pyesi 1962-ci ildə Brodveydə tamaşaya qoyulub.
E.Olbi Nyu-York ştatındakı evində vəfat edib. Ölümün səbəbi hələ ki, açıqlanmır.
Mənbə:> APA