Məhkəmə bildirişləri SMS vasitəsi ilə çatdırılacaq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Video

Məhkəmə bildirişləri SMS vasitəsi ilə çatdırılacaq – VİDEO

Məhkəmə bildirişləri SMS vasitəsi ilə çatdırılacaq


Azərbaycanda məhkəmə bildirişlərinin çatdırılması qaydalarına yeniliklər edilir.

AzNews.info “Xəzər xəbər”ə istinadən məlumat verir ki, bununla bağlı Mülki Prosessual Məcəlləyə yeni maddə əlavə olunması nəzərdə tutulub.

Yeni 138.5-ci maddəyə əsasən, iqtisadi mübahisələr zamanı məhkəmə bildirişləri müvafiq şəxslərə elektron qaydada çatdırılacaq.

Həmin şəxslər bu barədə SMS vasitəsi ilə məlumatlandırılacaqlar.

Layihəyə əsasən, iqtisadi mübahisələrlə bağlı olan bütün məhkəmə baxışlarının audio və video yazıları da tərəflərə elektron qaydada göndəriləcək.

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub.


Mənbə: XəzərXəbər
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *