Gəncədə ana qızını evdən pul götürdüyünə görə yandırıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal

Gəncədə ana qızını evdən pul götürdüyünə görə yandırıb – TƏFƏRRÜATLAR

Gəncədə ana qızını evdən pul götürdüyünə görə yandırıb


Sentyabrın 11-də Gəncə şəhərində törədilən dəhşətli qətlin bəzi təfərrüatları məlum olub.

Oxu.Az-ın Report-a istinadən məlumatına görə, 12 yaşlı qızı Vüsalə Quliyevanın üzərinə benzin tökən və onu yandıraraq qətlə yetirən 1975-ci il təvəllüdlü Bülbül Qasımova keçirdiyi bəzi psixoloji sarsıntılardan sonra ruhi xəstə kimi qeydiyyata alınıb.

Onun yaxınlarının sözlərinə görə, V.Quliyevanın atası 1972-ci il təvəllüdlü Füzuli Quliyev bir müddətdir Rusiya Federasiyasına işləməyə gedib. Ailənin tək övladı olan qız isə anası ilə birgə yaşayıb. B.Qasımova dəfələrlə öz qızına qarşı zorakılıq edib. O, sonuncu dəfə Vüsalənin icazəsiz olaraq evdən pul götürməsinə əsəbiləşib, ardınca qızı döyərək yandırıb.

Qışqırtı səsinə gələn qonşular ağır yanıq xəsarətləri alan qızı xəstəxanaya aparıblar. Lakin həkimlər tərəfindən göstərilən bütün müdaxilələrə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

B.Qasımova isə hadisə yerindən qaçıb.

Hazırda polis tərəfindən baş vermiş hadisə ilə bağlı araşdırmalar davam etdirilir və qadının saxlanılması istiqamətində əməliyyat-axtarış tədbirləri görülür.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *