Daha bir ana doğuş zamanı öldü
Azərbaycanda doğuş zamanı daha bir ölüm hadisəsi qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Report-a Ağcabədi rayon Prokurorluğundan məlumat verilib.
Məlumata görə, rayon mərkəzi xəstəxanasında 22 yaşlı Nurlana Quliyeva qeysəriyyə əməliyyatı zamanı dünyasını dəyişib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
Mənbə:> Oxu.az