Azərbaycanda mal-qaranın cinsi tam dəyişdiriləcək
Azərbaycanda 3-4 ilə mal-qaranın cinsi tam dəyişdiriləcək. Bu süni mayalanma texnologiyası sayəsində mümkün olacaq.
Oxu.Az Report-a istinadən xəbər verir ki, bu barədə Yalama Aqroparkının açılış mərasimində prezident İlham Əliyev məlumat verib.
Prezident bildirib ki, bu aqroparka gətirilən cins mal-qara ölkədəki mövcud mal-qara ilə müqayisədə bir neçə dəfə çox süd verir, çəkisi də bir neçə dəfə artıqdır.
“Biz son illər xaricdən minlərlə baş cins mal-qara almışıq. Bu da çox düzgün siyasət idi. Bu gün isə biz artıq digər yollara keçirik. Süni mayalanma texnologiyası tətbiq ediləcək, burada artıq tətbiq olunub. Beləliklə, 3-4 ilə bizim mal-qaramızın cinsi tam dəyişdiriləcək. Bu da əlbəttə ki, məhsuldarlığın artırılmasına gətirib çıxaracaq”.
Mənbə:> Oxu.az