Bakıda piyadaya sürücülər üçün nəzərdə tutulmuş protokol yazıldı – VİDEO
Şəhər sakini Cəmilə Abbaslı paytaxtın Xətai rayonu Məhəmməd Hadi küçəsində yeraltı keçiddən istifadə etmədiyinə görə polis onu saxlayıb, qanunsuz yerdən keçdiyini bildirərək cərimə yazıb.
Oxu.Az xəbər verir ki, amma piyada iddia edir ki, ona yazılan cərimə növü qanunsuzdur.
Baş Dövlət Yol Polis İdarəsinin şöbə rəisi Kamran Əliyev məsələ ilə bağlı bildirib ki, yol polisinin tərtib etdiyi protokolda ümumi yol hərəkət iştirakçıları üçün nəzərdə tutulub.
İstər sürücü, istərsə də piyadanın pozduğu qaydanın məzmunu həmin protokolda ayrıca qeyd edilir. Şöbə rəisi onu da qeyd edib ki, yaxın vaxtlarda polislə piyada arasındakı bu ziddiyyətli məsələ həll olunacaq.
Piyadanın cəriməni ödəməməsi iddiasına gəlincə, Kamran Əliyev belə olduğu halda, məsələnin məhkəmə müstəvisində həll olunacağını deyir.
Oxu.Az xezerxeber-in mövzu ilə bağlı hazırladığı videomaterialı təqdim edir:
Mənbə:> Oxu.az