Baku Chess Olympiad-2016: İkinci turda millimizin aktivində 4 qələbə, 2 məğlubiyyət
Bakıda keçirilən 42-ci Ümumdünya Şahmat Olimpiadasında bu gün ikinci turun oyunları keçirilib.
AzNews.info xəbər verir ki, apasport.az saytının məlumatına görə, kişilərdən ibarət əsas millimiz Makedoniya ilə qarşılaşıb. Görüş yığmamızın təmiz qələbəsi ilə başa çatıb - 0:4.
İkinci yığmamız isə Litvaya cəmi yarım xal verib - 0.5:3.5. Kişilərdən ibarət üçüncü komandamız Belarusa məğlub olub - 0.5:3.5
Favoritlərdən Rusiya Türkmənistanı - 4:0, ABŞ Şotlandiyanı - 3.5:0.5, Çin Belçikanı - 3.5:0.5, Ukrayna isə Albaniyanı - 3.5:0.5 məğlub edib.
Qadınlardan ibarət əsas millimizin rəqibi Meksika olub. Zəirflərimiz çətin də olsa, qalib gələ biliblər - 2.5:1.5. İkinci komandamız da Monqolustanı eyni hesabla yenib - 2.5:1.5. Üçüncü yığmamız isə Türkiyə qarşısında məğlubiyyətlə barışmalı olub - 1.5:2.5.
Favoritlərdən Çin Monteneqronu - 4:0, Ukrayna Moldovanı - 3.5:0.5, Rusiya Ekvadoru - 4:0, Hindistan isə Braziliyanı - 3:1 məğlub edib.
Mənbə:> Apasport