Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başladı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başladı

Kolleclərin boş qalan plan yerlərinə ixtisas seçimi başladı


2016/2017-ci tədris ili üçün Azərbaycanın tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə internet vasitəsilə bu gün saat 10:00-dan sentyabrın 4-ü saat 23:59-dək ixtisas seçimi aparılacaq.

Oxu.Az xəbər verir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının məlumatına görə, müsabiqə bu ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə, orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər üçün isə bu ilin iyulun 5-də keçirilən eyni məzmunlu test imtahanının nəticələrinə əsasən aparılır.

İxtisas seçiminə tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə 2016-cı ildə ərizə təqdim etmiş və ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan (xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Qeyd edək ki, hər hansı bir təhsil müəssisəsinə qəbul olub qeydiyyatdan keçən şəxslər ixtisas seçiminə buraxılmırlar.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin 20-dək ixtisas kodunu seçib onları http://eservices.tqdk.gov.az/erizebak/ixtisas3 internet ünvanın­da yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir.

Ərizəsini təsdiqləmək üçün abituriyent TQDK-nın yeni virtual ödəmə kartını alır və onun şifrindən istifadə edir. Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya bütün mobil operatorlardan 7725 nöm­rəsinə boş SMS göndər­mək­lə əldə etmək olar.

Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmır.

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarını isə yalnız qabiliyyət imtahanlarından “məqbul” alan və test imtahanında topladıqları ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan abituriyentlər seçə bilərlər.

Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçmək imkanı verilir.

Kolleclərin boş qalan plan yerlərinin siyahısı “Abituriyent” jurnalının 11-ci buraxılışında dərc olunacaq. Jurnalın TQDK-nın aşağıdakı ünvanlarda yerləşən binalarındakı “Abituriyent” köşklərində satışı təşkil olunacaq:

Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m;

Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28.

Bank kartı ilə ödəniş etməklə də jurnalın elektron versiyasını (pdf formatında) əldə etmək mümkün olacaq. Bunun üçün istifadəçi abiturient.az saytında “TQDK-nın nəşrlərinin elektron satışı" düyməsindən istifadə edərək online rejimdə jurnalın almaq istədiyi buraxılışını seçib, bank kartı vasitəsilə ödəniş edir, sonra isə həmin buraxılışın elektron versiyasını kompüterinə yükləyərək ondan istifadə edir.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *