Tərtərdə avtomobil kanala düşüb, bir ailənin 6 üzvü ağır yaralanıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Tərtərdə avtomobil kanala düşüb, bir ailənin 6 üzvü ağır yaralanıb

Tərtərdə avtomobil kanala düşüb, bir ailənin 6 üzvü ağır yaralanıb


“VAZ-21011” markalı avtomobil hərəkətdə olan zaman sürücü idarəetməni itirib və yolun kənarındakı kanala aşıb.

Tərtər rayonunda 6 nəfərin ağır yaralanması ilə nəticələnən yol qəzası baş verib.

Oxu.Az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Seyidimli kəndi ərazisində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, “VAZ-21011” markalı avtomobil hərəkətdə olan zaman sürücü idarəetməni itirib və yolun kənarındakı kanala aşıb.

Hadisə nəticəsində avtomobildə olan bir ailənin 6 üzvü ağır bədən xəsarətləri alıblar. Yaralılar ətrafdakıların köməyi ilə Tərtər rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *