Dünya Bankı: Azərbaycan regionda şirin su ehtiyatları üzrə ən kasıb ölkədir
Dünya Bankı Azərbaycanı ən az şirin su ehtiyatı olan ölkələrin sırasına daxil edib. Hətta region üzrə şirin su hövzələrinin səviyyəsi baxımından da ən kasıbı Azərbaycandır.
Oxu.Az Fins.Az-a istinadən xəbər verir ki, araşdırmalara əsasən, “Şirin su ehtiyatlarının yenilənməsi üzrə adambaşına düşən” göstərici ölkəmizdə 851 kubmetrdir.
Müqayisə üçün qeyd edəık ki, İranda bu göstərici 1634 m3, Ermənistanda 2258 m3, Türkiyədə 2928 m3, Gürcüstanda 15597 m3, Rusiyada 29989 m3-dir.
Şirin su ehtiyatlarına malik ölkələr sırasında İslandiya (519265 m3), Qayana (315489 m3) və Papua - Yeni Qvineya (107321 m3) liderdir.
Mənbə:> Oxu.az