İtaliya yenidən silkələndi
İtaliyanın mərkəzi bölgəsində 4,4 bal gücündə zəlzələ qeydə alınıb.
Oxu.Az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Arkauta-del-Tronto şəhəri yaxınlığında, ocağı isə 9 km dərinlikdə yerləşib. Zəlzələ paytaxt Romada da hiss olunub.
Son məlumatlara görə, ümumilikdə İtaliyada təbii fəlakət nəticəsində 290 nəfər ölüb, 2 500 nəfər evsiz qalıb. Avqustun 24-dən ölkədə 1800 yeraltı təkan qeydə alınıb.
Zərərçəkmiş ərazilərdə fövqəladə vəziyyət rejimi tətbiq edilib.
Mənbə:> Oxu.Az