Rioda Olimpiadanın bağlanış mərasimi baş tutdu – FOTO
XXXI Yay Olimpiya Oyunlarının bağlanış mərasimi Rio-de-Janeyroda əfsanəvi “Marakana” stadionunda baş tutub.
Oxu.Az xəbər verir ki, tədbir səhnələşdirilmiş şoudan, məşhur musiqiçi və rəqs kollektivlərinin çıxışlarından, idmançıların paradından və əlbəttə ki, mükafatların təqdim edilmə mərasimindən ibarət olub.
Rio-de-Janeyro meri Olimpiadanın bayrağını 2020-ci ildə Oyunların keçiriləcəyi Tokio şəhərinin merinə verib.
Xatırladaq ki, yarışlar avqustun 5-dən 21-nə kimi keçirilib, oyunlarda 11 min idmançı iştirak edib.
Azərbaycan yığması Olimpiya Oyunlarında çıxışını 39-cu yerdə başa vurub, 18 medal – 1 qızıl, 7 gümüş və 10 bürünc medal qazanıb.
Birinci yeri 121 medal qazanaraq (46-37-38) ABŞ komandası, ikinci yeri 67 medal ilə (27-23-17) Böyük Britaniya, üçüncü yeri isə 70 medal ilə (26-18-26) Çin komandası tutub.
Mənbə:> Oxu.az