Ölkəyə qanunsuz dərmanların gətirilməsinin qarşısı alınıb
Dərman preparatlarının ölkəmizə qanunsuz gətirilməsinin qarşısı alınıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, hava nəqliyyatinda baş gömrük idarəsinin əməkdaşları külli miqdarda dərman preparatlarının ölkə ərazisinə qanunsuz yolla gətirilməsinə cəhdin qarşısını alıblar.
İstanbul-Bakı aviareysilə gələn Azərbaycan Respublikası vətəndaşının baqajına rentgen aparatıyla baxış zamanı monitorda dərman preparatlarının təsviri görünüb və baqaja təkrar yoxlama keçirilib.
Nəticədə vətəndaşın çamadanında əvvəlcədən gömrük orqanına şifahi, elektron və ya yazılı formada bəyan edilməyən xeyli miqdarda dərman preparatları aşkar olunaraq götürülüb.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:> Oxu.az