Yalnız 20-ci güllədən sonra MMA döyüşçüsü öldü – FOTO + VİDEO
İndoneziyada görünməmiş hadisə baş verib, polislərlə üz-üzə gələn fransalı keçmiş MMA döyüşçüsü
İndoneziyada görünməmiş hadisə baş verib. Yerli polislərlə üz-üzə gələn fransalı keçmiş MMA döyüşçüsü onlara inanılmaz müqavimət göstərib. myBaku.az bildirir ki, hadisə mayın 2 –də baş versə də, həmin kadrlar sosial şəbəkələrdə yalnız bu gün yerləşdirilib.Kadrlardan da göründüyü kimi, polislər özündən çıxmış idmançının hücümünu ona aramsız atəş açmaqla qarşısını ala biliblər.
Yalnız 20-ci güllədən sonra o dünyasını dəyişib. Qaydasız döyüşlər üzrə keçmiş çempion Amokran Sabe qeyri-adi həyat tərzi sürüb. Restoranlarda dava salar, yeyib-içdiyinin pulunu ödəmirmiş. Polislər təhlükəsizlik məqsədi ilə onu məhv etməklə kifayətləniblər.
Mənbə:> myBaku.az