Azərbaycan medal sıralamasında beş pillə geriləyib – SİYAHI
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında növbəti yarış günündən sonra medal qazanan ölkələrin sayı 63-ə yüksəlib.
AzNews.info Report-a istinadən xəbər verir ki, ötən gün daha 7 yeni ölkə medalçılar siyahısına qoşulub.
Medallar isə oxatma, atletika, boks, velosiped idmanı, atıcılıq, qılıncoynatma, cüdo, akademik avarçəkmə, atıcılıq, üzgüçülük, tennis, akrobatika və ağırlıqqaldırma növlərində əldə olunub.
Azərbaycan idmançıları günü medalsız başa vurub. Nəticədə ölkəmiz 5 pillə geriləyərək, 44-cü mövqeyə enib.
Mənbə:> Report