Azərbaycanda 440 abituriyent ali məktəblərdən imtina etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Təhsil

Azərbaycanda 440 abituriyent ali məktəblərdən imtina etdi

Azərbaycanda 440 abituriyent ali məktəblərdən imtina etdi


“Əldə olunan son nəticəyə görə, 29 iyul-10 avqust aralığında ali təhsil müəssisələrinə ixtisas seçimində iştirak edən 38113 abituriyent qəbul olunmaq istədiyi ixtisasları öz elektron ərizəsinə daxil edərək təsdiqləyib.

Abituriyentlərdən 440 nəfər isə ixtisas seçimi etsə də, ərizəsini təsdiq etməyib. Nəticədə onlar ali məktəblərə qəbuldan kənarda qalıblar”.

AzNews.info bildirir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) deyilib.

Xatırladaq ki, iyul ayının 29-dan başlayan ali təhsil müəssisələrinin I-IV ixtisas qruplarında ixtisas seçimi ötən gecə - 10 avqustda saat 00:00-da başa çatıb.

Abituriyentlər müsabiqədə iştirak etmək üçün göstərilən vaxta qədər öz ixtisas seçimi ərizəsini təsdiqləməliydilər.

Mənbə: Modern.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *