Bağdadda doğum evində güclü yanğın: Çoxlu uşaq ölüb
Səhər saatlarında Bağdaddakı doğum evlərindən birində güclü yanğın baş verib.
Oxu.Az “Reuters”ə istinadən xəbər verir ki, yanğın nəticəsində azı 11 körpə ölüb.
İlkin ehtimala görə, yanğın elektrik naqilindəki nasazlıqdan baş verib.
29 qadın və 7 uşaq başqa xəstəxanaya təxliyyə edilib.
Mənbə:> Oxu.Az