Rio-2016: Bu gün Azərbaycanın 6 idmançısı mübarizə aparacaq
3 idmançımız turnirdə debüt edəcəkləri halda, digər 3 atletimiz mübarizəni davam etdirəcək.
“Rio-2016” Yay Olimpiya Oyunlarının VI günü Azərbaycan yığmasının daha 6 üzvü yarışacaq.
Oxu.Az xəbər verir ki, bunlardan cüdoçu Məmmədəli Mehdiyev (90 kq) və üzgüçülər Fatimə Alkərəmova (100 metr, sərbəst) ilə Boris Kirilov (200 metr, arxasıüstə) mötəbər turnirdə debüt edəcəkləri halda, digər 3 atletimiz mübarizəni davam etdirəcəklər.
Belə ki, boksçu Abdulqadir Abdullayev (91 kq) 1/4 finalda, kanoe slalomçu Yuri Meqliç yarımfinalda, idman gimnastı Oleq Stepko isə çoxnövçülük üzrə final yarışlarında qüvvəsini sınayacaq.
Rio–2016 VI gün
Cədvəl:
Cüdo
Məmmədəli Mehdiyev (90 kq), 1/16 final, saat: 17:56, rəqib: Denis Kirill (Rusiya)
Üzgüçülük
100 metr sərbəst
Fatimə Alkərəmova, təsnifat mərhələsi, saat: 20:17
200 metr arxasıüstə
Boris Kirilov, təsnifat mərhələsi, saat: 20:40
Kanoe Slalom
Yuri Meqliç (K 1), yarımfinal, saat: 20:30
Boks
Abdulqadir Abdullayev (91 kq), 1/4 final, saat: 20:45, rəqib: Rüstəm Tulaqanov (Özbəkistan)
İdman gimnastikası
Oleq Stepko (Çoxnövçülük), final, saat: 23:00
Mənbə:> Oxu.Az