Nazirlik istilərin nə vaxta qədər davam edəcəyini açıqladı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Nazirlik istilərin nə vaxta qədər davam edəcəyini açıqladı

Nazirlik istilərin nə vaxta qədər davam edəcəyini açıqladı


Ölkə ərazisində isti hava şəraiti yaxın 2-3 gün ərzində davam edəcək.

AzNews.info xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, avqust ayının birinci ongünlüyündə isti hava şəraiti müşahidə olunacaq: “İsti hava şəraiti ilə bağlı xəbərdarlığımız qüvvədədir”.

G.Məmmədova qeyd edib ki, hava şəraitinin isti keçməsi avqust ayı üçün xarakterikdir: “Yaxın 2-3 gün ərzində isti və sabit hava şəraitinin davam edəcəyi, cənub küləyinin üstünlük təşkil edəcəyi gözlənilir”.

Qeyd edək ki, son günlər ölkə ərazisində havanın temperaturu 40 dərəcəni keçib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *