Ukraynada azərbaycanlı 20 ildir axtarışdadır – FOTO
Ukraynanın Nikolayevsk vilayətində polis bölməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə mühakimə edilmiş əslən Azərbaycandan olan 39 yaşlı Ehtiram Əzabal oğlu Məmmədovu axtarır.
Oxu.Az Ukrayna KİV-nə istinadən xəbər verir ki, bu barədə Nikolayevsk vilayətinin Milli polisinin Baş İdarəsinin kommunikasiya şöbəsi məlumat yayıb.
Qeyd edilir ki, Məmmədov 1997-ci ildən axtarışdadır. Həmin vaxt Məmmədov Ukraynanın CM-nin 309-cu maddəsinin 1 bəndi (“Narkotik vasitələrin qanunsuz istehsalı, alınması, saxlanılması, daşınması”) üzrə iki il azadlıqdan məhrum edilib.
Mənbə:> Oxu.az