Korteci müşaiət edən yol polisindən qanunsuzluq » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Avto, Foto

Korteci müşaiət edən yol polisindən qanunsuzluq – FOTO

Korteci müşaiət edən yol polisindən qanunsuzluq


Bu barədə xanım sürücü saytımıza şikayətlə müraciət edib.

Mirvari Səfərli adlı xanım sürücü yol polisinin qanunsuz əməli ilə bağlı AzNews.info-ya şikayətlə müraciət edib. Xanım sürücünün sözlərinə görə, avqustun 5-i, axşam radələrində Masazır qəsəbəsi ərazisində ona məxsus 01 BM 535 Dövlət Yol Nişanlı avtomobili ilə hərəkət edərkən Leksus markalı avtomobilin ondan yol istəməsini dərhal anlamayıb. Daha sonra Leksus-a yol verərkən, Leksusun ardınca gələn 2 Dövlət Yol Polisi avtomobilindən biri, ona avtomobilini sağa çəkib sağlamaq barədə göstəriş verib. Yol Polisi əməkdaşları onu İnzibati Xətalar Məcəlləsinin 331 - Keçid üstünlüyü hüququna malik olan nəqliyyat vasitələrinə yol verilməməsi və ya mütəşəkkil nəqliyyat dəstəsinə qoşularaq hərəkət edilməsi maddəsini pozmaqda ittiham ediblər. Xanım sürücünün sözlərinə görə, müşaiət zamanı DYP avtomobilləri xüsusi səs siqnallarından istifadə etməyiblər.
Bundan əlavə, Yol-patrul xidməti haqqında Təlimatın Nəqliyyat vasitələrinin müşayiət olunması barədə qaydasının 15.6 bəndinə əsasən, Mütəşəkkil nəqliyyat dəstəsi iki patrul avtomobili vasitəsi ilə müşayiət zamanı onlardan biri müşayiət olunan nəqliyyat dəstəsinin önündə,, ikincisi isə hərəkət istiqamətində bir hərəkət zolağı olan yollarda və digər təhlükəli yerlərdə digər nəqliyyat vasitələrinin mütəşəkkil nəqliyyat dəstəsinə qoşulmasının qarşısını almaq üçün müşayiət olunan mütəşəkkil nəqliyyat dəstəsinin arxasınca hərəkət edir. Lakin, xanımın sözlərinə görə, korteci müşaiət edən DYP avtomobillərinin hər ikisi kortecin arxasında hərəkət ediblər.

Xanım sürücünün iddialarına görə, bütün bu qaydalara əməl etməyən DYP əməkdaşları onu haqsız halda saxlamaqları azmış kimi, 40 dəqiqə yolda yubadıblar. Sonda məlum olub ki, Mirvari xanımı saxlayan 99 YP 175 Dövlət Yol Nişanlı DYP avtomobilinin protokolu çap edən maşını (printer) nasaz halda olduğu üçün, protokolu çap etmək üçün hadisə yerinə başqa DYP avtomobili dəvət olunub və protokol çap olunub. Avtomobildə şəkər xəstəsi uşağın olması və dərmanının zamanında qəbul edilmədiyi halda komaya düşə biləcəyini deyən xanımın sözlərinə məhəl qoymayan DYP əməkdaşları 40 dəqiqədən də artıq bir müddətdə ona protokol yaza bilməyiblər.

Bütün bunları nəzərə alaraq, sözü gedilən DYP əməkdaşları barədə ölçü götürüləcəyinə ümid edirik.

Eyni zamanda, məsələyə Dövlət Yol Polisinin də münasibətini dərc etməyə hazırıq.

Korteci müşaiət edən yol polisindən qanunsuzluq
Korteci müşaiət edən yol polisindən qanunsuzluq

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *