Şirvanda maskalılar evə basqın etdi
Polis hadisə ilə bağlı əməliyyat keçirib.
Şirvanda yaşayış evinə basqın olub.
Oxu.Az xəbər verir ki, Şirvan şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, şəhər sakini Elnarə Cəfərovanın evinə girən üç maskalı şəxs onu və qızı Xədicəni bıçaqla hədələyərək mənzildən xeyli miqdarda pul və qızıl aparıblar.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxslərin şəhər sakinləri Xəyyam Mehrəliyev, Kamran İsmayılov və İmran İsmayılov olması müəyyən edilib və onlar saxlanılıb.
Mənbə:> Oxu.az