Azərbaycanda bir sıra təhsil müəssisələrinin adları dəyişdirildi
Əmrin icrasına nəzarət Aparat rəhbəri Mətin Eynullayevə həvalə olunub.
Təhsil naziri Mikayıl Cabbarov təhsil müəssisələrinin adlarının dəyişdirilməsi barədə əmr imzalayıb.
Aznews.info xəbər verir ki, bu barədə APA-ya Təhsil Nazirliyindən bildirilib.
Əmrə əsasən, Sumqayıt şəhər Fars-ingilis təmayüllü orta internat məktəbi – Sumqayıt şəhər internat tipli gimnaziya, Sumqayıt şəhər general M.Əsədov adına Tam orta internat məktəbi – Sumqayıt şəhəri general M.Əsədov adına İnteqrasiya təlimli internat tipli gimnaziya, Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün Xüsusi internat məktəbi – Sumqayıt şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya, Gəncə şəhər Sanatoriya tipli internat məktəbi – Gəncə şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya, Goranboy şəhər R.Ağakişiyev adına Ümumi orta internat məktəbi – Goranboy şəhər R.Ağakişiyev adına İnteqrasiya təlimli internat tipli gimnaziya, Zaqatala şəhər İnternat məktəbi – Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya, Salyan şəhər A.Səfərov adına Ümumi orta internat məktəbi – Salyan şəhər A.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziya, Siyəzən şəhər Ümumi orta internat məktəbi – Siyəzən şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya, Balakən rayonu Ümumi orta internat məktəbi – Balakən rayonu İnteqrasiya təlimli internat tipli gimnaziya, Mingəçevir şəhər Tam orta internat məktəbi – Mingəçevir şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya, Neftçala şəhər M.Səfərov adına İnternat məktəbi – Neftçala şəhər M.Səfərov adına İnteqrasiya təlimli internat tipli gimnaziya, Lerik şəhər V.İbrahimov adına Tam orta internat məktəbi – Lerik şəhər V.İbrahimov adına İnteqrasiya təlimli internat tipli gimnaziya, Lənkəran şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün Xüsusi internat məktəbi – Lənkəran şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya, Göyçay şəhər S.Vurğun adına Tam orta internat məktəbi – Göyçay şəhər S.Vurğun adına İnteqrasiya təlimli internat tipli gimnaziya, Tovuz rayonu Qovlar şəhər Qarışıq tipli tam orta internat məktəbi – Tovuz rayonu Qovlar şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya, Şəki şəhər Qarışıq tipli internat məktəbi – Şəki şəhər İnteqrasiya təlimli internat tipli gimnaziya, Bərdə şəhər R.N.Musayev adına (inklüziv komponentli) günüuzadılmış ümumtəhsil orta məktəbi – Bərdə şəhər R.N.Musayev adına İnteqrasiya təlimli internat tipli gimnaziya adlandırılacaq.
Hüquq şöbəsinə və De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinə tapşırılıb ki, qeyd olunan müəssisələrin adlarının dəyişdirilməsi ilə bağlı Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Təhsil Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi üçün 5 (beş) gün müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinə müraciət edilsin.
Adları göstərilən müəssisə rəhbərlərinə müəssisənin yeni adına uyğun nizamnaməsinin müəyyən olunmuş qaydalar üzrə aidiyyəti dövlət orqanında qeydiyyatdan keçirilməsi, möhür və ştampın hazırlanmasını təmin etməsi tapşırılıb.
Əmrin icrasına nəzarət Aparat rəhbəri Mətin Eynullayev həvalə olunub.
Mənbə:> APA