Nikaha hazırlaşan 7503 nəfərdə talassemiya aşkarlanıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Nikaha hazırlaşan 7503 nəfərdə talassemiya aşkarlanıb

Nikaha hazırlaşan 7503 nəfərdə talassemiya aşkarlanıb


Bu ilin 1-ci yarımilliyi ərzində Respublika Talassemiya Mərkəzinə müraciətlərin sayı 11802 olub.

Bu barədə Oxu.Az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Talassemiya Mərkəzinin 2016-cı ilin 1 yarımilliyinə dair hesabatında bildirilir ki, qlobal xəstəliklər sırasında yer alan talassemiya (irsi qan azlığı) xəstəliyi və xəstəlikdən əziyyət çəkənlər daim dövlətimizin diqqəti altındadır.

“2016-2020-ci illər üçün talassemiya xəstəliyinin müalicə və profilaktikası üzrə Tədbirlər Planı”nda müalicə tədbirləri ilə yanaşı, əsas diqqət talassemiyanın profilaktikası və əhalinin bu istiqamətdə maarifləndirilməsi, həmçinin perinatal diaqnostika müayinə üsulu ilə dölün sağlamlığının yoxlanılmasına istiqamətlənmişdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə başlanan “Talassemiyasız həyat naminə” Proqramı çərçivəsində inşa edilən Respublika Talassemiya Mərkəzində bu xəstəlikdən əziyyət çəkən insanlar daim yüksək səviyyədə müayinə və müalicə alırlar.

Hazırda mərkəzdə dispanser qeydiyyatında 2729 xəstə var ki, onlarda müvafiq qaydada dövlət hesabına müalicələrini davam etdirirlər. 2016-cı ilin 1-ci yarımilliyi ərzində Respublika Talassemiya Mərkəzinə müraciətlərin sayı 11802 olub. Onlardan 1630 müraciət ilkin müraciətlərdir. Dispanser qeydiyyata alınanların sayı 142 nəfərdir. Mərkəzin gündüz stasionarında dispanser qeydiyyatda olan xəstələrdən 976 nəfərinə mütəmadi olaraq eritrositar kütlə köçürülür.

Eyni zamanda Mərkəzin Hemotoloji şöbəsində cari ilin ilk 6 ayı ərzində 262 xəstə stasionar müalicə alıb və bütün lazımi dərman preparatları ilə təmin olunub. 2014-cü ildən fəaliyyətə başlayan Sümük İliyi Transplantasiya şöbəsində ötən 6 ay ərzində 10 xəstəyə sümük iliyi transplantasiyası əməliyyatı uğurla icra olunub.

2014-cü ildən indiyədək bu xəstəlikdən əziyyət çəkən 35 xəstəyə dövlət vəsaiti hesabına uğurla sümük iliyi transplantasiyası əməliyyatı keçirilib. Sevindirici haldır ki, cari ilin aprel ayında EBMT-nin Valensiya şəhərində keçirilən növbəti iclasında Respublika Talassemiya Mərkəzi Beynəlxalq Transplantasiya Təşkilatına üzv seçilib.

Eyni zamanda cari ilin 6 ayı ərzində mərkəzin ümumi laboratoriyasında 10 200 nəfər proqram çərçivəsində müayinələrdən keçib. Bundan əlavə 102 nəfərdə HLA uyğunluq müayinəsi aparılıb.

2015-ci ilin iyun ayından ailə həyatı quran cütlüklərin nikahdan öncə müayinəsi talassemiya daşıyıcılarının vaxtında aşkarlanmasında mühüm rol oynayıb. Aparılan bu müayinələrdə məqsəd talassemiyalı xəstə uşaqların dünyaya gəlməsinin qarşısını almaqdır. İndiyədək 152659 nəfər müayinədən keçib.

7503 nəfərdə daşıyıcılıq aşkarlanıb. Bunlardan 58 cütlüyün hər ikisində daşıyıcılıq qeydə alınıb ki, həmin şəxslərədə müvafiq məsləhətlər verilib. “Bütün görülən işlərlə yanaşı “2016-2020-ci illər üçün talassemiya xəstəliyinin və profilaktikası üzrə” Dövlət Proqramında nəzərdə tutulan digər məsələlərin uğurla həyata keçirilməsi yönündə işlər aparılmaqdadır”, - nazirlikdən bildirilib.

Mənbə: Oxu.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *