Mərakeşli diplomat Bakıda qəzaya düşdü
Faktla bağlı araşdırma aparılır.
Bakıda səfirliyə məxsus avtomobil qəzaya düşüb.
Oxu.Az “Report”a istinadən xəbər verir ki, paytaxtın Nəsimi rayonu, H.Ələsgərova küçəsi ev 15-in qarşısında Bakı şəhər sakini, 26 yaşlı Mehri Süleymanovanın idarə etdiyi “Chevrolet” markalı avtomobil Mərakeş Krallığı vətəndaşı 30 yaşlı Muhammed Briouelin idarə etdiyi “Hyundai” markalı avtomobil ilə toqquşub.
Hər iki sürücü xəsarət alıb. Yaralılar Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda tibbi yardım aldıqdan sonra evə buraxılıblar.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, “Hyundai” markalı avtomobil Mərakeş Krallığının Azərbaycandakı səfirliyinə məxsusdur.
Mənbə:> Oxu.az