Bakıda səfir qəzaya düşdü – FOTO
Azərbaycanda fəaliyyət göstərən xarici ölkə səfirlərindən biri qəzaya düşüb.
AzNews.info “Qafqazinfo”-ya istinadən xəbər verir ki, hadisə axşam saatlarında baş verib.
Mərakeşin Azərbaycadakı səfiri 1957-ci il təvəllülü Hami Həsənin idarə etdiyi səfirliyə məxsus “Toyota Prado” markalı SFR 0541 nömrəli avtomobillə Bakı sakini 1980-cı il təvəllüldlü İqbal Qurbanovun idarə etdiyi “Hyundai Sonata” markalı 10 HH 232 nömrəli avtomobil toqquşub.
Qəza nəticəsində hər iki avtomobil əzilib, ağır xəsarət alan olmayıb.
Qeyd edək ki, “Toyota Prado” markalı SFR 0541 nömrə nişanlı avtomobil “Garant Sığorta” şirkəti tərəfindən sığortalanıb. Adıçəkilən sığorta şirkəti tərəfindən avtomobilə dəymiş ziyan tamamilə ödənilib.
Mənbə:> Qafqazinfo.az