İradə İsaq özündən 16 yaş böyük həmkarı ilə ailə qurur – FOTO
Tanınmış telejurnalist İradə İsaq ailə qurmağa hazırlaşır.
Oxu.Az Ölkə.Az-a istinadla xəbər verir ki, o, Penitensiar Xidmətin mətbuat xidmətinin sabiq rəisi, jurnalist Yaşar İsakovla rəsmi nikaha daxil olacaq.
Cütlüyün hazırda Xaçmazda istirahətdə olduğu deyilir.
Maraqlıdır ki, həmkarlarımız uzun müddətdir dostluq edirdilər, hətta bir müddət iş yoldaşı da olmuşdular.
Xatırladaq ki, hazırda Yaşar İsakovun 52, İradə İsaqın 36 yaşı var.
Qeyd edək ki, toy sentyabrın 1-də Bakıdakı əyləncə mərkəzlərindən birində keçiriləcək.
Mənbə:> Oxu.az