İradə Cem Yılmazla duet oxudu – VİDEO
Müğənni İradə İbrahimova Cem Yılmazla duet oxuyub.
Axar.az xəbər verir ki, İradə İbrahimova komediya aktyoru Cem Yılmaz başda olmaqla, “Əlibaba və 7 liliput” filminin çəkiliş heyəti ilə görüşüb.
Görüşdə Cem Yılmaz, Can Yılmaz, Ozan Güvən, Özkan Uğur və Zəfər Alagöz iştirak edib. Daha sonra onlar filmdə səslənən “Neyləyək alınmadı” mahnısını birgə ifa ediblər. Həmin videonu rəsmi İnstaqram səhifəsində paylaşan İradə İbrahimova bunları yazıb:
“Mənə göstərdiyiniz ailə münasibətinə görə sonsuz təşəkkürlər. İnanılmaz insanlarsınız. Çox maraqlı görüş idi”.
Xatırladaq ki, Cem Yılmazın yeni “Əlibaba və 7 liliput” filmində azərbaycanlı müğənni İradə İbrahimovanın “Neyləyək alınmadı” mahnısı səsləndirilib.
Mənbə:> Axar.az