Penitensiar Xidmətin rəisinə yeni rütbə verildi
Azərbaycan ədliyyə nazirinin müavini, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin (PX) rəisinə yeni rütbə verilib.
Oxu.Az xəbər verir ki, “Report”un əldə etdiyi məlumata görə, indiyədək polis general-leytenantı rütbəsini daşıyan Ceyhun Həsənov artıq ədliyyə general-mayorudur.
Qeyd edək ki, C.Həsənov PX rəisi vəzifəsinə keçən ay təyin olunub. Həmin vaxta qədər isə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.
Mənbə:> Oxu.az