“Zaman-Azərbaycan” qəzetinin saytı bağlanıb
Azərbaycandakı “Zaman-Azərbaycan” qəzetinin saytı (zaman.az) bağlanıb.
Oxu.Az-ın Report-a istinadən verdiyi xəbərə görə, sayta giriş qapadılıb.
Xatırladaq ki, zaman.az saytının ABŞ-da yaşayan Fətullah Gülənə bağlı olduğu deyilir.
Saytda iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhd hadisəsi ilə bağlı Fətullahçı Terror Təşkilatının (FETO) təbliğatına geniş yer verilir və prezident Rəcəb Tayyib Ərdoğanın əleyhinə yazılar yer alırdı.
Mənbə:> Oxu.az