Bakıda dəhşətli avtobus qəzası: 21 nəfər yaralanıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Kriminal, Avto

 Bakıda dəhşətli avtobus qəzası: 21 nəfər yaralanıb – ŞOK GÖRÜNTÜLƏR

   Bakıda dəhşətli avtobus qəzası: 21 nəfər yaralanıb


Bu gün Bakının Suraxanı rayonu ərazisində, Heydər Əliyev prospektində ağır yol qəzası baş verib.

Lent.az-ın məlumatına görə, prospektin "aeroport yolu” kimi adlanan hissəsində metronun Koroğlu stansiyası ilə Bilgəh qəsəbəsi arasında sərnişindaşıma ilə məşğul olan 171 saylı xəttin "Daewoo” markalı avtobusu ilə "Shacman" markalı yük maşını toqquşub. Hadisə nəticəsində avtobus aşıb, yük maşını isə yoldan çıxıb. Daha sonra isə "VAZ-2107” markalı maşın aşan avtobusa çırpılıb.

İlkin məlumata görə, qəzada 10 nəfərdən artıq şəxs yaralanıb, ölən yoxdur.
Yaralılar Sabunçu xəstəxanasına aparılıb.

***

Sabunçudakı 3 saylı şəhər klinik xəstəxanasından Lent.az-a bildirilib ki, qəzadan sonra 21 nəfər yaralı tibb müəssisəsinə daxil olub. Onlar arasında ağır xəsarət alanlar da var.
Yol Polisindən isə bildirilib ki, qəzadan sonra ərazidə tıxac yaranıb və sıxlıq tədricən aradan qaldırılır.

   Bakıda dəhşətli avtobus qəzası: 21 nəfər yaralanıb
   Bakıda dəhşətli avtobus qəzası: 21 nəfər yaralanıb
   Bakıda dəhşətli avtobus qəzası: 21 nəfər yaralanıb
   Bakıda dəhşətli avtobus qəzası: 21 nəfər yaralanıb
   Bakıda dəhşətli avtobus qəzası: 21 nəfər yaralanıb

Mənbə: Lent.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *