Diqqət: Azərbaycanda viruslu yumurta satılır » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Səhiyyə

Diqqət: Azərbaycanda viruslu yumurta satılır

Diqqət: Azərbaycanda viruslu yumurta satılır


Azərbaycana salmonella virusu ilə zəngin təhlükəli yumurta satılır.

AzNews.info xəbər verir ki, bu barədə virtualaz.org-a Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov məlumat verib.

Onun sözlərinə görə, yumurta biznesi ilə məşğul olan şəxslərin AİİB-ə verdiyi məlumata görə, son aylar Türkiyədən Azərbaycana idxal olunan yumurtalar istehsal olunduğu ölkədə yararalılıq vaxtı keçmiş məhsullardır:

“Bizə Türkiyədən idxal olunan heç bir əmtəə markalanması olmayan, əksər hallarda salmonella virusu ilə zəngin təhlükəli yumurtalardır. Qablaşdırılmasında və müşayiətedici sənədlərində buraxılma və son yararlılıq tarixləri olmayan, qırmızı rəngli kasetlərə qablaşdırılmış bu yumurtalar uzun məsafə qət edərək, gömrük mənətəqələrində isti yay şəraitində günlərlə qalaraq təhlükə mənbəyinə çevriliblər”.

Ekspertin sözlərinə görə, Azərbaycana Ukrayna Respublikasından son ayda idxal olunan, müəmmalı şəkildə, əsasən ərəb dilində markalanmış, “ULAR” dondurulmuş toyuq budları, “Frozen chicken” – “Katkut” markalı dondurulmuş toyuqları istehsal prosesində 30%-ə qədər su ilə zənginləşdirilib dondurulmuş və yerli bazarda haqsız rəqabət şəraiti yaratmaqla satışa çıxarılıb. Bu məhsulların 1 kq-nın donunu açdıqda 650-700 qr toyuq məhsulu əldə olunur ki, bu da istehlakçıların aldadılması və çox su əlavə edilməklə malın keyfiyyətinin pozulması ilə xarakterizə olunur.

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *