Ağdam silkələndi
Ağdam rayonundan 24 km şimal-şərqdə 3 bal gücündə zəlzələ baş verib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə məlumat Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytında yerləşdirilib.
Məlumata görə, iyulun 17-də yerli vaxtla saat 09:58-də qeydə alınan yeraltı təkanın ocağı 17 km dərinlikdə yerləşib.
Zəlzələ hiss olunmayıb.
Mənbə:> Oxu.Az