Mərkəzi Bankın səlahiyyətləri azaldılıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Mərkəzi Bankın səlahiyyətləri azaldılıb

Mərkəzi Bankın səlahiyyətləri azaldılıb

Azərbaycan Mərkəzi Bankının səlahiyyətləri azaldılıb.

Oxu.Az Report-a istinadən xəbər verir ki, bu dövlət başçısının “İdarələrarası elektron sənəd dövriyyəsi sistemi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalamasından sonra mümkün olub.

Sənəddən Azərbaycan Mərkəzi Bankı yanında Maliyyə Monitorinqi Xidməti çıxarılıb.

Həmçinin, əsasnaməyə elektron sənədlərlə bağlı kargüzarlığın “Dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına dair Təlimat”a uyğun həyata keçirilməsi müddəası əlavə edilib.

Eyni zamanda, publik hüquqi şəxslər də “İdarələrarası elektron sənəd dövriyyəsi sisteminin iştirakçısı olan qurumların Siyahısı”nda yer alıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *