Rusiyada oğlan vəbaya yoluxub
Altay Respublikasının Koş-Aqaç rayon xəstəxanasına vəba xəstəliyinə tutulmuş oğlan gətirilib.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, uşaq iyulun 12-də 40 dərəcə temperatur ilə rayon xəstəxanasının yoluxucu xəstəliklər şöbəsinə qəbul edilib. Hazırda onun vəziyyəti orta ağırdır.
“Mütəxəssislər oğlanın altısı uşaq olmaqla, 17 nəfərlə ünsiyyətdə olmasını müəyyən ediblər.
Onların hamısı izolyatora yerləşdirilib və nəzarət altındadırlar. Hələlik onlarda infeksiya əlamətləri müşahidə edilməyib”, - xəstəxanadan qeyd ediblər.
Mənbə:> Oxu.Az