Filip Kirkorov: Biz Bakıya “əlvida” yox, “görüşənədək” deyirik – FOTO
Xəbər verdiyimiz kimi, Xəzər dənizi sahilində bəstəkar-müğənni Emin Ağalarovun təşkilatçılığı ilə “Jara” Beynəlxalq Musiqi Festivalı keçirilib.
Oxu.Az xəbər verir ki, festivalda çıxış edən Rusiyanın xalq artisti Filip Kirkorov Heydər Əliyev Mərkəzinin parkında olub və bu yaxınlarda açılan “I Love Baku” incəsənət kompozisiyasının fonunda şəkillər çəkdirib.
Fotoşəkillərə “Mən Bakını sevirəm! Bu qonaqpərvər şəhərdə hər şey çox yaxşıdır. Bakı, təşəkkür edirəm. Bakıya “əlvida” yox, “görüşənədək” deyirəm” şərhini yazıb.
Mənbə:> Oxu.Az