Oliqarx övladları hansı avtomobil markalarına üstünlük verir – FOTO
Oliqarx övladları dəbdəbəli həyat tərzini, bahalı geyim və manışlarını instaqramda nümayiş etdirməyi çox xoşlayır. AzNews.info publika.az-a istinadən rusiyalı oliqarxların övladlarının seçdiyi avtomobil markalarının siyahısını təqdim edir.
1. “Ресо-Гарантия" şirkətinin sahibi Sergey Sarkisovun 17 yaşlı oğlunun böyük bir avtoparkı var. Onun avtomobil kolleksiyasına dəyəri 25 milyon rubl olan “Rolls-Roys” və 15 milyon rublluq mavi “Bentley” daxildir.
2. Musi Bajayevanın kiçik qızı Eli alış-verişə bu gözəl “Bentley”-də gedir. 21 yaşlı tələbə maşın sürməyi bacarsa da, onun dəyişməz mühafizəçisi və sürücüsü var.
3. İqor Kudryaşkinanın 18 yaşlı tələbə qızı - Nastya MDU-ya qiyməti 10 milyon rubl olan qara rəngdə “Mercedes S-klass” -da gedir. Bir il əvvəl isə Nastya dəyəri 3 milyon rubl olan “Lexus” avtomobili sürürdü.
4. "Стройгазконсалтинга" şirkətinin sahibi - Ziyad Manasirin qızı Diana 10 milyon rublluq “Mercedes S-klass” sürür.
5. Roman Ozimkovanın 20 yaşlı qızı Kristina digər oliqarx qızları ilə müqayisədə nisbətən sadə həyat tərzi aparır. O, artıq bir müddətdir ki, dəyəri 4 milyon rubl “Range Rover”lə sürür.
Mənbə:> Publika.az