İlhamə Quliyevanın köməkçisinin cinayət işi üzrə istintaq yekunlaşıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Maqazin

İlhamə Quliyevanın köməkçisinin cinayət işi üzrə istintaq yekunlaşıb

İlhamə Quliyevanın köməkçisinin cinayət işi üzrə istintaq yekunlaşıb


Xalq artisti İlhamə Quliyevanın köməkçisi Mehriban Hüseynovanın barəsində cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

AzNews.info xəbər verir ki, bu barədə APA-ya məlumat verən vəkil Vasif Mirzəyev bildirib.

O, söyləyib ki, bu gün ona və M.Hüseynovaya müstəntiq tərəfindən istintaqın yekunlaşması elan edilib. Vəkil M. Hüseynovanın ittihamları qəbul etmədiyini, günahsız olduğunu və növbəti həftədən cinayət işinin materialları tanış olmağa başlayacaqlarını deyib.

Qeyd edək ki, M. Hüseynova Cinayət Məcəlləsinin 29.180-ci (soyğunçuluq etməyə cəhd) maddəsinə əsasən ittiham olunur. O, İ. Quliyevanın şikayəti əsasında saxlanılıb.

İ. Quliyeva fevralın 25-də dünyasını dəyişib.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *