Bəy gəlini şadlıq evinə TIR-da apardı » AzNews.info -Xəbər portalı

Bəy gəlini şadlıq evinə TIR-da apardı – VİDEO

Bəy gəlini şadlıq evinə TIR-da apardı


Tatarstanda TIR sürücüsü özünə qeyri-adı toy edib. ANS PRESS-in Rusiya mətbuatın istinadla verdiyi məlumata görə, sürücü toy karvanına üç dənə TIR daxil edib.

Maraqlı toy Tatarıstanın Aktanışski rayonunda təşkil edilib. TIR sürücüsü İlnar Mannonov gəlin Aliyə Mannonovu şadlıq evinə yük maşınında aparıb.

Toy mərasimi ötən il avqustun 28-də baş tutsa da toy karvanının videosu iyulun 1-də ortaya çıxıb.

Ağır tonnajı avtomobillərin üzəri güllərlə və digər bəzək əşyaları ilə bəzədilib. Yük maşınlarından ibarət toy karvanı sakinlərin marağına səbəb olub.

Belə toy karvanlarına bir neçə dəfə Azərbaycanda da rast gəlinib. Bir müddət əvvəl Sumqayıt şəhərində 4 traktordan ibarət toy karvanı yaradılmışdı. Traktorlar xüsusi bəzənilmiş formada toy karvanına qoşulub.

Həmçinin bir müddət əvvəl bəylə gəlin toya adət etdiyimiz formada, yəni avtomobildə deyil, "Vespa" markalı motosikletlə gəlmişdi. Onları eyni zamanda bir neçə nəfər gənc də müşayiət edib. Paytaxt küçələrində gəzən cütlük xeyli əyləndikdən sonra toy mərasiminə gediblər.

Bu hadisə ətrafdakı insanların da diqqətini çəkib. İnsanlar bəy və gəlini təbrik ediblər.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *