"1 paltara 50 min verə bilirsən..."/ hamilə dilənçiyə qəpik verən Xatirəni "yıxıb sürüdülər"/ – VİDEO
Müğənni Xatirə İslamın hamilə qadının dilənməsi ilə bağlı sosial şəbəkədə paylaşdığı video müzakirələrə yol açıb.
Big.az xəbər verir ki, Praqada hamilə dilənçi qadının vəziyyətini işıqlandıran müğənninin bu əməlini bəyənənlər də olub, qınayanlar da.
Oğlunu dilənçiyə qəpik verən yerdə çəkib paylaşdığı üçün X.İslamı tənqid ediblər.
Fotoya yazılan şərhlərin bir qismini təqdim edirik:
"Xatirə xanım, kömək edərdiniz, nəyə görə çəkirsiniz?", "Bir paltara 50 min verə bilirsiniz, amma onu kasıblara xərcləsələr savab qazanarlar", "Qəpik quruş verincə, adına layiq köməklik edərdin ki, ikicanlı küçədə dilənməsin", "Ən azından qəpik pul yox, kağız pul verərdin", "Etdiyiniz yaxşılığı gərək çəkəsiniz", "Onsuz da sən həmişə kiməsə kömək edirsən", "Əcəb edib çəkib göstərirsiniz", "Heç olmasa 50 dollar verərdiniz, o yazıq qəpiklə nə edəcək", "Çıxart min manat ver, ya da evindən birini ver. Qəpik verib nədir ki, camaat görsün" və s. kimi şərhlər yazıblar.
Qeyd edək ki, müğənni həyat yoldaşı və oğlu ilə Praqada istirahət edir.
Mənbə:> Big.az