Bakıdakı dəhşətli partlayışın görüntüləri » AzNews.info -Xəbər portalı

Bakıdakı dəhşətli partlayışın görüntüləri – VİDEO

Bakıdakı dəhşətli partlayışın görüntüləri


Partlayış nəticəsində Bakı-Sumqayıt şosesinin 3-cü km-də yerləşən "RAHAT" marketlər şəbəkəsinin mağazasının giriş qapıları zədələnib. Hadisə gecə vaxtı baş verdiyindən 24 saat fəaliyyət göstərən mağazada satıcılardan başqa cəmi bir neçə müştərinin olması səbəbi ilə heç kəs xəsarət almayıb.

Həmçinin partlayış nəticəsində dəmir qırıqları mağazaya bitişik yerləşən "AzCake” şirniyyat mağazasının şüşələrini sındırıb, mağazaya ciddi zərər dəyib.

Qeyd edək ki, "Lider Cola" şirkətinə məxsus istehsal fabrikində içkilərə vurulan karbon qazının toplandığı çənin partlaması nəticəsində şirkətin istehsal binasına, eləcə də yaxınlıqdakı evlərə ziyan dəyib. Partlayış gücü yüksək olduğundan hadisə yerindən xeyli aralıda yerləşən yaşayış sahələrinin daş hasarları uçulub.


Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *